Lənkəranda minik maşını kanala aşıb - FOTO
Hadisə
- 31 yanvar, 2016
- 19:45
Bakı. 31 yanvar. REPORT.AZ/ Lənkəranda minik maşını kanala aşıb. "Report"un məlumatına görə, hadisə rayonunun Sütəmurdov kəndi ərazisində baş verib.
Şəhər istiqamətində hərəkətdə olan "Mercedes" 90 GE 976 nömrə nişanlı avtomaşınla taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı 42-BT-452 nömrə nişanlı avtomaşınla toqquşub.
Hadisə şahidlərinin bildirdiyinə görə, ötmə əməliyyatı zamanı böyük sürətlə hərəkətdə olan "Mercedes" "VAZ"-ı yoldan çıxaraq aşmasına səbəb olub.
Su kollektoruna aşaraq düşən avtomaşından sürücü çıxarılıb. Xoşbəxtlikdən qəzada ciddi xəsarət qeydə alınmayıb. Faktla bağlı DYP əməkdaşları araşdırma aparır. Qəzanın səbəbi avtoekspertizadan sonra məlum olacaq.
Son xəbərlər
01:11
Tramp: İrana güclü zərbə endirəcəyik
Digər ölkələr00:42
Ağ Ev COVID-19-un laboratoriya mənşəli olması barədə məlumatlar təqdim edib
Digər ölkələr00:15
Hakan Fidan HƏMAS lideri ilə görüşüb
Region23:54
Serbiya parlamenti hökumətə etimadsızlıq qətnaməsini rədd edib
Digər ölkələr23:53
"Sabah"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib
Futbol23:50
Ukraynada F-16 qırıcısı qəzaya uğrayıb
Digər ölkələr23:44
Ukrayna HHQ: Rusiya ordusunun raket və PUA hücumu gözlənilir
Digər ölkələr23:36
Zelenski bu gecə Rusiya Silahlı Qüvvələrinin Ukraynaya kütləvi zərbəsini istisna etməyib
Digər ölkələr23:32