Lənkəranda avtomobil təmiri sexində partlayış olub
Hadisə
- 19 aprel, 2026
- 17:56
Lənkəranda avtomobil təmiri sexində partlayış olub.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Füzuli küçəsində avtomobil təmiri sexində işləyən 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlının benzinlə ehtiyatsız davranması nəticəsində partlayış baş verib.
İ.Qasımlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona bədənin çoxsaylı yanığı, üz və hər iki qolun 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Xəsarət alana ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
07:28
DÇ-2026: Özbəkistan - Kolumbiya oyununda hesab yenidən dəyişib - YENİLƏNİR-5
Futbol07:10
ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib
Digər ölkələr06:49
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
Futbol06:45
Tramp ABŞ kəşfiyyat xidmətlərinin qapalı brifinqində iştirak edəcək
Digər ölkələr06:33
Tomas Kristiansen: "Hamıya göstərmək istəyirik ki, Panamanı məğlub etmək asan deyil"
Futbol06:14
Los-Ancelesdə böyük yanğın baş verib, sakinlərə xəbərdarlıq edilib
Digər ölkələr05:52
DÇ-2026: "Mançester Siti"li futbolçu Qana - Panama matçının ən yaxşısı olub
Futbol05:52
Tramp ABŞ-dən kənarda lisenziya əsasında raket istehsalını mümkün hesab edib
Digər ölkələr05:16