Lənkəranda karantin qaydalarını pozan daha 2 obyekt cərimələndi
Hadisə
- 23 fevral, 2021
- 05:48
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayonun Digah kəndində yerləşən “Zəm-Zəm” çay evində karantin rejimi qaydalarına zidd olaraq qəlyan xidməti göstərildiyi, Vilvan kəndində yerləşən digər bir çay evinin isə gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi aşkar edilib.
Həmin obyektlərlə bağlı 3 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.
Son xəbərlər
09:02
UEFA Çempionlar Liqası: "Sabah"ın rəqibi bu gün bəlli olacaq
Futbol09:01
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.06.2026)
Maliyyə09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (16.06.2026)
Maliyyə08:55
Avstraliyada 19 ölkənin hərbi qüvvələrinin iştirakı ilə təlim keçiriləcək
Digər ölkələr08:45
Yaponiya artan regional təhdidlər fonunda hərbi strategiyasını dəyişir
Digər ölkələr08:44
ABŞ-də "B-52"-nin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb - YENİLƏNİB
Digər ölkələr08:31
İndoneziya sahillərində güclü zəlzələ olub
Digər ölkələr08:28
Şəkinin Cunud kəndinin şəhər və ətraf kəndlərlə əlaqəsi yenidən kəsilib
Hadisə08:28