Lənkəranda beşmərtəbəli yaşayış binasında yanğın olub
Hadisə
- 08 avqust, 2015
- 20:14
Bakı. 9 avqust. REPORT.AZ/ Lənkəranda beşmərtəbəli yaşayış binasında yanğın olub. Yanğın "Qala Xiyabanı" 44 saylı binada Vəli Mustafayev adlı şəxsin yaşadığı üçotaqlı mənzildə baş verib.
"Report"un məlumatına görə, hadisə yerinə FHN Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin iki texnikası və canlı qüvvəsi çıxarılıb.
Alovlanan qaz balonunun partlama təhlükəsi aradan qaldırılaraq zərərsizləşdirilib. Maye qaz balonunun alışması nəticəsində mənzilin mətbəxi və aynabəndin plastik kostruksiası yanıb. Alovun digər otaqlara və qonşu mənzillərə yayılmasının qarşısı alınıb. Xəsarət alan olmayıb.
Son xəbərlər
03:41
Foto
Türkiyədə sərnişin avtobusu aşıb, 40 nəfər xəsarət alıb
Region03:10
Foto
Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb
Xarici siyasət02:36
Fransanın cənub-qərbində baş verən yanğın son 50 ilin ən dağıdıcı fəlakəti olub
Digər ölkələr02:09
NYT: Avropa Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılığın güclənməsindən ehtiyat edir
Energetika01:42
Vuçiç: NIS məsələsində yekun həllə yaxınıq
Digər ölkələr01:07
Venesuela BCM-dən çıxma prosesini rəsmən başladıb
Digər ölkələr00:44
Türkiyədə saxlanılan bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb
Region00:16
Tramp hələ ki İrana zərbələrin gücləndirilməsini nəzərdən keçirmədiyini açıqlayıb
Digər ölkələr23:54