Kürdəmirdə yas mərasimi təşkil edənlər cərimələndi
Hadisə
- 18 avqust, 2020
- 10:04
Kürdəmirdə yas mərasimi təşkil edənlər cərimələnib.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları rayonun Türkədi kənd sakini Əhmədov Həsən Mərifət oğlunun karantin rejimini pozaraq həyətində yas mərasimi təşkil etməsi faktını aşkarlayıb.
Dərhal polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yas mərasiminin keçirilməsi dayandırılıb. Ev yiyəsi Həsən Əhmədov və yas mərasimdə iştirak edən bir neçə nəfər saxlanılaraq rayon polis şöbəsinə dəvət olunub.
Onlarla profilaktiki söhbətlər aparıldıqdan sonra hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndinə əsasən inzibati cərimə tətbiq olunub.
Kürdəmirdə yas mərasimi təşkil edənlər cərimələndi
Son xəbərlər
14:12
Səncar Nosirov: "Azərbaycanla lisenziyalaşdırma və prudensial tənzimləmə üzrə yeni razılaşmalar gözlənilir" - EKSKLÜZİV
Maliyyə14:11
"Real" Rüdigerlə müqavilənin müddətinin uzadıldığını açıqlayıb
Futbol14:11
Cəlilabadda qazıntı zamanı yeraltı qaz kəməri zədələnib, 8 kənd qazsız qalıb
Hadisə14:10
Tramp: İranla danışıqların növbəti mərhələsi daha asan olacaq
Digər ölkələr14:08
Azərbaycan və Ukrayna birgə gəmiqayırma layihələrini müzakirə edib
Xarici siyasət14:08
Foto
İRİA-nın dəstəyi ilə "EPAM Azərbaycan" Mərkəzinin açılışı baş tutub
İKT14:08
AMB: Dayanıqlı maliyyələşmənin genişləndirilməsi əsas istiqamətimizdir
Maliyyə14:06
Foto
Bakıda 14-cü Gənclər İnkişaf Forumu keçirilib
Maliyyə14:05
Foto