Kürdəmirdə tövlə yanıb
Hadisə
- 11 may, 2021
- 11:21
Kürdəmirdə yanğın hadisəsi baş verib.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Veyisov Ağaisa Musa oğluna məxsus ümumi sahəsi 150 kvm olan tövlənin 80 kvm-nin tavan hissəsi tamamilə yanıb. Bundan başqa, tövlədə olan bir baş iribuynuzlu heyvan da boğularaq ölüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğının elektrik naqillərində olan qısaqapanmadan olduğu güman edilir.
Faktla bağlı araşdırma aparılır.
Kürdəmirdə tövlə yanıb
Son xəbərlər
05:03
DÇ-2026: Qana Panama ilə qarşılaşıb, "Turan Tovuz"un futbolçusu ehtiyatda qalıb - YENİLƏNİB-3
Futbol04:48
"Apple" məhsullarının qiymətlərini artırmağı planlaşdırır
İKT04:08
Tramp ABŞ və İran arasında memorandumun imzalandığını təsdiqləyib
Digər ölkələr04:04
Zlatko Daliç: "Xorvatiya millisi keçmişdəki tarixlə yaşaya bilməz"
Futbol03:38
Tramp USMCA ticarət sazişinin ləğv edilməsindən yanadır
Digər ölkələr03:27
Harri Keyn İngiltərə - Xorvatiya oyununun ən yaxşısı olub
Futbol03:23
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
Futbol03:06
Cenevrədə Azərbaycanın Avropada artan irqçilik və islamafobiyadan duyduğu narahatlıq ifadə olunub
Xarici siyasət02:50