Kürdəmirdə baş verən qəzada xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB

Hadisə
  • 23 fevral, 2026
  • 00:25
Kürdəmirdə baş verən qəzada xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB

Kürdəmirin Aran 1 qəsəbəsində baş verən qəzada xəsarət alanların vəziyyətləri açıqlanıb.

TƏBİB-dən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 22.02.2026-cı il tarixində saat 21:00 radələrində Kürdəmir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Aran 1 qəsəbəsində qeydə alınıb.

Belə ki, "AUDİ" markalı avtomobil dörd nəfəri - 40 yaşlı Şairə Əzizova, 61 yaşlı Şahnaz Abdullayeva, 12 və 13 yaşlı R.A. ilə Y.Ə.-ni vurub.

Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti