Kürdəmirdə magistral su kəməri partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb
Hadisə
- 27 yanvar, 2026
- 12:04
Kürdəmirdə magistral su kəməri partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Qaraqocalı kəndi ərazisində, Külüllü-Kürdəmir magistral su xəttinin 31-ci km-də qeydə alınıb.
Qəza diametri 55 mm olan borunun partlaması nəticəsində baş verib. Qəza yerinə aidiyyatı qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Borunun partlaması nəticəsində ətrafdakı həyətyanı sahələrdə subasmaları baş verib və sakinlərə xeyli maddi ziyan dəyib.
Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 min sakinini içməli su ilə təmin edir.
Son xəbərlər
17:06
Rəşad Əzizov: Kino sahəsində dövlət monopoliyasından çıxıb özəl sektor istehsalına keçməliyik
Mədəniyyət siyasəti17:01
Macarıstan Ukraynaya elektrik enerjisi və qaz tədarükünü dayandıra bilər
Digər ölkələr17:01
Foto
Video
Daxili işlər naziri DİN-in strukturlarında işləmək istəyənlərin sıra baxışını keçirib
Daxili siyasət17:01
"Milan" rəhbərliyi 40 yaşlı futbolçunu komandada saxlamaq niyyətindədir
Futbol16:59
Foto
Pakistanın Müasir Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin açılışı olub
Elm və təhsil16:56
Foto
Balakəndə I Qarabağ müharibəsinin itkin-şəhidi Cavanşir Həsənov dəfn edilib - YENİLƏNİB
Daxili siyasət16:55
Britaniya kralı qardaşının "Epşteyn işi" ilə bağlı saxlanılmasından narahatdır
Digər ölkələr16:55
Bəxtiyar Aslanbəyli Britaniya Imperiyası Ordeninin fəxri tituluna layiq görülüb - YENİLƏNİB
Xarici siyasət16:55
Foto