Kürdəmirdə karantin qaydalarını pozan kafe sahibi cərimələndi
Hadisə
- 12 aprel, 2021
- 17:23
Kürdəmirdə gecə saatlarında karantin rejimini pozaraq kafe işlədən rayon sakini və müştərilər barəsində müvafiq tədbirlər görülüb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mollakənd kəndində sakin Babayev Əlibaba Mətləb oğlunun gecə saat 02:00 radələrində kafe işlətməsi məlum olub.
RPŞ əməkdaşları Əlibaba Babayevi və kafedə olan 4 nəfər müştərini polis şöbəsinə gətiriblər. Onların əməlinə hüquqi qiymət verilməsi üçün iş Kürdəmir Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən onların hər biri barəsində 200 AZN cərimə tətbiq olunub.
Son xəbərlər
22:00
DÇ-2026: Avstraliya - Misir oyunu başlayıb
Futbol21:53
Netanyahu və Tramp yaxın vaxtlarda ABŞ-də görüşmək barədə razılığa gəliblər
Digər ölkələr21:37
"Geopolitical Monitor": Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur
Hərbi21:09
Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir
Digər ölkələr20:58
ABŞ və Kolumbiya liderləri narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni müzakirə ediblər
Digər ölkələr20:37
Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
İnfrastruktur20:27
Şahbaz Şərif sabah Türkiyəyə səfər edəcək
Region20:12
"Türk Dünyası Həftəsi"nin iştirakçıları qəbul etdikləri Xankəndi Bəyannaməsində İlham Əliyevə təşəkkür ediblər
Xarici siyasət20:11