Kürdəmirdə gecə saatlarında işləyən restoranlar aşkarlanıb
Hadisə
- 20 iyul, 2021
- 07:55
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reyd zamanı rayonda gecə saatlarında karantin rejimini pozaraq fəaliyyət göstərən Atakişilli kəndi ərazisində yerləşən “ARAZ” restoranı, Ərşəli kəndi ərazisində yerləşən “AZAD” kafesi və Sığırlı kəndində olan “RƏŞAD” kafesi aşkarlanıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hər üç obyekt sahibi saxlanılaraq rayon polis şöbəsinə gətirilib və onlarla profilaktik söhbətlər aparılıb.
Məsələyə hüquqi qiymət verilməsi üçün iki obyektin işi Kürdəmir Rayon Məhkəməsinə göndərilib, digər obyekt sahibi haqqında isə inzibati xətalar məcəlləsinin müvafiq bəndinə əsasən cərimə tətbiq olunub. Hazırda faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
17:43
Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib
Elm və təhsil17:38
Elçin Cəfərov: "Azərbaycan güləşinin zəngin tarixini araşdırıb gələcək nəsillərə çatdıracağıq"
Fərdi17:36
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
İKT17:35
"Reuters": İsrail və "Hizbullah" atəşkəslə bağlı razılığa gəlib
Digər ölkələr17:34
İsrailin milli təhlükəsizlik naziri fəallarla kobud davrandığı videonu silməyə məcbur edilib
Digər ölkələr17:26
DİM: Ortastatistik məzun təhsil proqramının 40–77%-ni mənimsəmir
Elm və təhsil17:23
Ötən il əlaçı olan 513 şagird qəbul imtahanlarında 0-200 aralığında bal toplayıb
Elm və təhsil17:20
"Regional Su Meliorasiya" və "İri Şəhərlərin Su Təchizatı"nın nizamnamələri təsdiqlənib
İnfrastruktur17:18