Kürdəmirdə ev yanıb, bir nəfər ölüb
Hadisə
- 29 aprel, 2026
- 11:33
Kürdəmir rayonunda evdə baş verən yanğın nəticəsində bir nəfər ölüb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Yanğın ümumi sahəsi 150 kv metr olan birmərtəbəli evdə baş verib. Nəticədə ev sahibi Fikrət Eminov yanaraq həyatını itirib.
Hadisə yerinə FHN-nin Kürdəmir rayon Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
Eyni zamanda, əraziyə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Son xəbərlər
21:27
Foto
Ağdamda yanğın olan ərazidə mina partlayışları müşahidə olunur - YENİLƏNİB
Hadisə21:17
Foto
Video
UEFA Konfrans Liqası: "Dinamo" "Neftçi" ilə oyunda hesabda önə keçib - YENİLƏNİR-7
Futbol21:02
"Kəpəz portuqaliyalı hücumçu Azuma Abubakarı transfer edib
Futbol20:57
Aİ səfirləri Yunanıstanı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini dəstəkləməyə razı salmağa çalışırlar
Digər ölkələr20:41
ÜST: Konqo və Uqandada Ebola qurbanlarının sayı min nəfəri ötüb
Digər ölkələr20:35
Bosniya və Herseqovina Türkiyədən 10 ədəd antidron sistemi alacaq
Digər ölkələr20:18
Rubio çinli həmkarı ilə Si Cinpinin ABŞ-yə səfər hazırlığını müzakirə edib
Digər ölkələr19:58
ÇSKA-nın futbolçusu Joel Zvartz: "Qarabağ"a qarşı hücum futbolu oynayacağıq"
Futbol19:51