Kürdəmirdə yük və minik avtomobili toqquşub, ölən var
Hadisə
- 28 iyul, 2021
- 13:08
Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Çöl Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Nəsibov Tacir Əhliman oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil həmin yolda hərəkətdə olarkən iritutumlu "Mercedes" markalı yük maşınına çırpılıb. Nəticədə "VAZ-2107" markalı avtomobilin sürücüsü hadisə yerindəcə dünyasını dəyişib.
Minik avtomobilinin sərnişinləri - Quliyev Şöhrət Fikrət oğlu və Nəsibli Cavanşir Tacir oğlu müxtəlif dərəcəli bədən xəsarət alaraq, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt bağlı araşdırma aparılır.
Son xəbərlər
17:07
PSJ-nin futbolçusu Qonsalu Ramuş karyerasını İtaliyada davam etdirə bilər
Futbol17:06
AZAL iyunun I yarısında Bakı–Naxçıvan–Bakı reysi ilə 47 mindən çox sərnişin daşıyıb
İnfrastruktur17:03
Nazir: "İsƏT ölkələrində infrastrukturun maliyyələşdirilməsi üzrə kəsir ildə 290 milyard dollardır"
Maliyyə17:00
Azərbaycan nəqliyyat, energetika və rəqəmsal infrastruktur sahəsində PPP layihələri portfelini artırır
Maliyyə16:58
Nazir müavini: "İqlimə həssas ölkələrdə problem təkcə iqlim dəyişikliyi deyil"
Maliyyə16:57
Foto
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları "Dəmirli" Filiz Emalı Kompleksində görülən işlərlə tanış olublar
Daxili siyasət16:56
ICD: Özəl sektorun inkişafı üçün üç əsas istiqamət müəyyən edilib
Biznes16:56
Hesablama Palatası auditdə süni intellektin tətbiqinə hazırlaşır
Maliyyə16:52