Kürdəmirdə avtomobil su kanalına düşüb
Hadisə
- 31 avqust, 2015
- 16:09
Bakı. 31 avqust. REPORT.AZ/ Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Report"un xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun 210 km-də rayonun Qarabucaq kənd ərazisində qeydə alınıb.
Bakı şəhər sakini 1982- ci il təvəllüdlü Fərəc Babakişi oğlu Fərəcov 99-AD-210 dövlət nömrə nişanlı "Renault" markalı minik maşını ilə hərəkət edərkən yoldan çıxaraq 50 metr yuvarlanıb və su kanalına düşüb.
Qəza nəticəsində avtomobil tamamilə yararsız vəziyyətə düşüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət olub. Faktla bağlı polis tərəfindən araşdırma aparılır.
Son xəbərlər
13:02
AÇG üzrə əsaslı xərclər 31 %-dən çox artıb
Energetika12:59
Foto
Ceyhun Bayramov Ukraynanın İrpen şəhərinə gəlib
Xarici siyasət12:56
AÇG-dən SOCAR-a verilən səmt qazının həcmi 33 %-dən çox artıb
Energetika12:55
Ceyhun Bayramov Kiyevdə Sibiqa ilə danışıqları məhsuldar adlandırıb
Xarici siyasət12:51
Xmara: Britaniya Ukraynaya hər il 3 milyard funt sterlinq həcmində dəstək zəmanəti verib
Digər ölkələr12:49
Naxçıvanda ilin birinci yarısında axtarışda olan 961 şəxs saxlanılıb, 49 odlu silah götürülüb
Hadisə12:48
AÇG-dən gündəlik orta hasilat 323 min barel təşkil edib
Energetika12:45
Astarada 18 kiloqram narkotik aşkarlanıb
Hadisə12:38