Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var
Hadisə
- 01 yanvar, 2026
- 10:55
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, İbrahim Novruzov "Hyundai i30" markalı avtomobillə İmişli istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobidə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:42
Tramp: ABŞ-nin əhəmiyyətli miqdarda sursat ehtiyatı var
Digər ölkələr01:18
Hindistan "Agni-4" ballistik raketini uğurla sınaqdan keçirib
Digər ölkələr00:58
Foto
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
Hadisə00:49
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
Region00:22
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
Region23:56
Suriyada mikroavtobusun partladılması nəticəsində iki nəfər ölüb, yaralılar var - YENİLƏNİB
Digər ölkələr23:43
İran Hörmüz boğazında ABŞ-nin hərbi hədəflərinə zərbə endirib
Region23:35
Qurban Qurbanov "Dinamo"ya məğlubiyyəti hava şəraiti ilə əlaqələndirib
Futbol23:19