Kürdəmirdə yük maşını 77 yaşlı piyadanı vuraraq öldürüb

Hadisə
  • 25 fevral, 2026
  • 13:53
Kürdəmirdə yük maşını 77 yaşlı piyadanı vuraraq öldürüb

Kürdəmirdə avtomobil 77 yaşlı piyadanı vuraraq öldürüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, MAN markalı yük maşını yolu keçmək istəyən piyada, rayon sakini 77 yaşlı Əliyev Teyyub Ələmdar oğlunu vurub.

TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, bu gün saat 12:30 radələrində avtoqəzada xəsarət alan 1949-cu il təvəllüdlü şəxs kritik ağır vəziyyətdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona ağır müştərək travma, hər iki baldırın və sol bud sümüyünün sınığı, sağ baldırın əzilmiş yarası, qapalı kəllə-beyin travması diaqnozu təyin edilib.

Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 13:30 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti