Kürdə bacı və qardaş batıb
Hadisə
- 09 aprel, 2021
- 15:34
Kür çayının Sabirabad rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində bacı və qardaş batıb.
Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Son xəbərlər
09:31
Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək
Elm və təhsil09:30
Rusiyanın Zaporojyeyə hücumları nəticəsində 1 nəfər ölüb, 37 nəfər yaralanıb
Digər ölkələr09:24
Braziliyada 15 yaşlı futbolçu yoldaşlıq oyunu zamanı qətlə yetirilib
Futbol09:21
Kolleclərə ixtisas seçimi başlayıb
Elm və təhsil09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.08.2026)
Maliyyə09:00
Video
İrandan Azərbaycana 112 kq heroin keçirilməsinin qarşısı alınıb
Hadisə08:57
Kubanın enerji sistemi yenidən tamamilə sıradan çıxıb
Digər ölkələr08:42
Yaponiyada baş verən güclü zəlzələnin vurduğu zərərin miqyası açıqlanıb
Digər ölkələr08:25