"Korrupsiyaya qarşı mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" adlı metodik vəsait hazırlanır
- 02 dekabr, 2025
- 09:48
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən "Korrupsiyaya qarşı mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" adlı metodik vəsait hazırlanır.
Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası çərçivəsində hazırlanacaq vəsait korrupsiya ilə əlaqədar hüquqpozmaların səbəb və şəraitinin müəyyən edilməsi, qarşısının alınması və profilaktikasının elmi-nəzəri və təcrübi əsaslarının işlənilməsi məqsədi daşıyır.
Bu istiqamətdə "Korrupsiyaya qarşı mübarizə üzrə ictimai rəyin öyrənilməsi" üçün sosioloji sorğu keçirilir. Sorğu anonimdir, nəticələrinin yalnız elmi-tədqiqat və kriminoloji təhlil üçün istifadə olunması nəzərdə tutulub.
8 dekabr saat 23:59-dək linkə keçid edərək, eləcə də QR kodu skan edərək sorğuda iştirak etmək mümkündür.