Koronavirus xəstəsi Mingəçevirdə karantin postunda saxlanıldı
Hadisə
- 23 dekabr, 2020
- 11:14
Mingəçevirdə karantin postunda xidmət aparan polis əməkdaşları şəhərə daxil olmaq istəyən KİA markalı avtomobilin sürücüsünü planşet vasitəsilə yoxlayan zaman onun koronavirus xəstəsi olduğunu müəyyən ediblər.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, sürücü, Ağdam rayon sakini Füzuli Əliyev COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və Mingəçevir şəhərinə daxil olmaq istəyib.
Əraziyə Təcili Tibbi Yardımın həkim briqadası dəvət olunub və həmin şəxs yaşadığı ünvana göndərilib.
F.Əliyev barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Son xəbərlər
01:40
Türkiyənin 9 vilayətində meşə yanğınları qeydə alınıb
Region01:11
Tramp: İrana güclü zərbə endirəcəyik
Digər ölkələr00:42
Ağ Ev COVID-19-un laboratoriya mənşəli olması barədə məlumatlar təqdim edib
Digər ölkələr00:15
Hakan Fidan HƏMAS lideri ilə görüşüb
Region23:54
Serbiya parlamenti hökumətə etimadsızlıq qətnaməsini rədd edib
Digər ölkələr23:53
"Sabah"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib
Futbol23:50
Ukraynada F-16 qırıcısı qəzaya uğrayıb
Digər ölkələr23:44
Ukrayna HHQ: Rusiya ordusunun raket və PUA hücumu gözlənilir
Digər ölkələr23:36