Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək

Hadisə
  • 29 sentyabr, 2025
  • 10:58
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək
Kamran Əliyev

Baş prokuror Kamran Əliyev paytaxtın Səbail rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyev oktyabrın 3-də saat 10:00-da Səbail rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Səbail rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşlar qəbulla bağlı Səbail rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Bütün Xəbər Lenti