İsmayıllıda zəlzələ olub

Hadisə
  • 11 noyabr, 2023
  • 04:34
İsmayıllıda zəlzələ olub

İsmayıllı rayonunda zəlzələ olub.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yeraltı təkanlar bu gün yerli vaxtla saat 08:00-da İsmayıllı stansiyasından 3 km şimalda, İsmayıllı rayonunda qeydə alınıb.

Maqnitudası 3, dərinliyi 7 km olan zəlzələ hiss olunmayıb.