İsa Həbibbəyli: Ramiz Mehdiyevin AMEA-da üzvlüyü ilə bağlı məsələyə baxılır

Hadisə
  • 17 oktyabr, 2025
  • 16:13
İsa Həbibbəyli: Ramiz Mehdiyevin AMEA-da üzvlüyü ilə bağlı məsələyə baxılır

Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasında üzvlüyü məsələsinə baxılır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.

"Biz də son hadisələrə çox təəssüf edirik. Məsələ məhkəmə qərarından sonra müzakirə olunacaq, ona uyğun qərar veriləcək", - o qeyd edib.

Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi oktyabrın 14-də R.Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti