İmişlidə zəhərlənənlərin sayı 59-a çatıb
Hadisə
- 25 sentyabr, 2025
- 10:10
İmişlidə zəhərlənmə ilə bağlı daha dörd nəfər xəstəxanaya müraciət edib.
"Report"un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, sentyabrın 24-də zəhərlənmə şübhəsi ilə 59 nəfər (5-i uşaq olmaqla 25-i kişi, 4-ü uşaq olmaqla 34-ü qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.
Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.
Xatırladaq ki, sentyabrın 23-də toyda kütləvi zəhərlənmə baş verib.
Son xəbərlər
14:08
Gürcüstan Azərbaycandan pomidor idxalını 2,6 dəfə artırıb
ASK14:01
Video
Azərbaycanda bu kənddə heç kim "qocalmır" - 3 dəfə yandırılan, yolu olmayan yerdən VİDEOREPORTAJ
Daxili siyasət13:55
Kiberpolis hüquqi şəxslərin biznes hesablarına hücum edən şəxsi saxlayıb
Hadisə13:52
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yeni rəisi təyin edilib
Digər ölkələr13:50
Ukrayna 48 saat ərzində Qara və Azov dənizlərində Rusiyanın 13 gəmisinə hücum edib
Digər ölkələr13:46
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
Ekologiya13:42
Arif Əsədov: "Neftçi"nin hazırkı durumu, performansı "Dinamo"dan üstündür"
Futbol13:33
Foto
Serbiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub
Hərbi13:32