İmişlidə həmkəndlisini güllələyən şəxs istintaqa cəlb edilib
Hadisə
- 26 may, 2021
- 05:59
Mayın 25-i saat 23 radələrində İmişli rayonu, Çaxırlı kənd sakini Alı Alıyevə odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a İmişli Rayon Prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Yadigar Cəfərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Alı Alıyevi qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Yadigar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq aparılır.
Son xəbərlər
17:48
Azərbaycanda müxtəlif istiqamətlərdə avtobus marşrutları müsabiqəyə çıxarılır
İnfrastruktur17:48
Azərbaycanın Rusiyadan qarabaşaq idxalına çəkdiyi xərc 42 % artıb
Biznes17:45
Qazaxıstan və Özbəkistan Orta Dəhlizlə yükdaşımalarını artırmağı planlaşdırır
Digər ölkələr17:36
Azərbaycanın U-15 millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb
Futbol17:34
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Maliyyə17:26
Azərbaycan paracüdoçuları Göygöl və Qubada təlim-məşq toplanışına start verib
Fərdi17:20
DSMF: Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq
Maliyyə17:17
Rodri "Real"la müqavilə şərtləri barədə razılığa gəlib
Futbol17:13