İcra başçısının polis oğlu daxili işlər orqanlarından xaric olunub
Hadisə
- 13 sentyabr, 2021
- 07:29
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğlu, polis kapitanı Şəhriyar Hüseynov daxili işlər orqanlarından xaric edilib.
Bunu "Report"a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, Ş.Hüseynov öz ərizəsi ilə işdən çıxarılıb.
Qeyd edək ki, Ş.Hüseynov əvvəllər Yasamal Rayon Polis İdarəsinin əməkdaşı olub. Ötən il onun sərt karantin rejimi dövründə vətəndaşlara qarşı fiziki təzyiq göstərməsi ilə bağlı görüntüləri yayılıb. Bundan sonra Ş.Hüseynov Yasamal RPİ-dəki vəzifəsində azad olunaraq, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili təyin edilmişdi.
Son xəbərlər
00:21
Ermənistanda parlament seçkiləri: Paşinyanın partiyası liderlik edir
Region00:14
İran ölkənin qərb hissəsində hava məkanını bağlayıb
Region00:13
Foto
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Hadisə00:04
Tramp İrana İsrailə raket zərbələrini dayandırmağı tövsiyə edib
Digər ölkələr00:01
İran atəşkəsdən sonra ilk dəfə İsrailə raketlər atıb - YENİLƏNİB
Region23:34
Netanyahu: İsrail tezliklə Qəzzanın 70%-nə nəzarəti ələ keçirəcək
Digər ölkələr23:14
İraqda avtobus qəzadan sonra yanıb, 25 nəfər ölüb
Digər ölkələr23:08
Tramp: Əgər iranlılar özlərini yaxşı aparsalar, aktivlərin taleyini müzakirə etməyə başlayacağıq
Digər ölkələr22:50
Foto