İstanbulda törədilən terror aktı nəticəsində iki azərbaycanlı yaralanıb
Hadisə
- 01 yanvar, 2017
- 08:53
İstanbul. 1 yanvar. REPORT.AZ/ Yanvarın 1-nə keçən gecə İstanbulda törədilən terror aktı nəticəsində 2 azərbaycanlı yaralanıb.
Azərbaycanın Türkiyədəki Baş Konsulluğundan "Report"un Türkiyə bürosuna verilən məlumata görə, yaralılardan biri qadın, digəri isə kişidir.
Məlumata görə, onlar hadisənin baş verdiyi "Reina" gecə klubuna yaxın xəstəxanaya yerləşdiriliblər.
Hazırda Baş Konsulluq Türkiyənin Səhiyyə Nazirliyi ilə yaralıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparır.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin "Report"a verdiyi məlumata görə, yaralılardan birinin – qadının vəziyyəti qənaətbəxş olduğuna görə, o artıq xəstəxanadan evə buraxılıb.
Son xəbərlər
17:10
Türkiyəli müğənni Haluk Levent saxlanılıb
Hadisə16:44
Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
Sağlamlıq16:30
Türkiyə Nazirlər Kabineti NATO sammitini, İranı və Ukraynanı müzakirə edəcək
Region16:18
Omanda zədələnən GFS Galaxy gəmisinin dənizçiləri xilas edilib
Digər ölkələr16:04
Ukraynanın Baş naziri istefa verəcək
Digər ölkələr15:56
Xaçmazda elektrik dirəyindən yıxılan kişi ölüb
Hadisə15:43
İraqın Baş naziri neft və qaz sazişlərini müzakirə etmək üçün sabah Vaşinqtona səfər edəcək
Digər ölkələr15:23
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi15:11