İsmayıllıda zəlzələ olub

Hadisə
  • 02 may, 2015
  • 06:53
İsmayıllıda zəlzələ olub

Bakı. 2 may. REPORT.AZ/ Bu gün İsmayıllı rayonunda zəlzələ olub. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

İlkin məlumatlara əsasən, təkanlar mayın 2-də yerli vaxtla saat 10:51-də İsmayıllı ərazisində qeydə alınıb.

Maqnitudası 3,4, dərinliyi 41 km olan zəlzələ hiss edilməyib.