Hökməli–Qobu yolunda üç nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb
Hadisə
- 09 dekabr, 2025
- 09:17
Hökməli–Qobu yolunda baş verən və üç nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb.
"Report" xəbər verir ki, faktla bağlı cinayət işi Abşeron rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılıb, müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, Abbasov Umudvar Usub oğlu yol vərəqəsi ilə idarə etdiyi "MAN TGX 18440" markalı yəhərli dartıcı yük avtomobili ilə hərəkətdə olarkən həmin yolda əks istiqamətdə hərəkətdə olan "Toyota Prius" markalı avtomobillə toqquşub.
Nəticədə təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı, 1 nəfərin (qadın) isə xəstəxanaya qədər ölüm faktı qeydə alınıb.
Son xəbərlər
16:21
Vitezslav Yaroş: "Ayaks" komandası son matçlarda inkişaf edib"
Futbol16:19
Fred Qrim: "Qarabağ" çox yaxşı komandadır"
Futbol16:18
İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı "Qurban olum Azərbaycan" mahnısı ifa edilib
Xarici siyasət16:17
Azərbaycan Belarusa pambıq ipliyinin tədarükünü bərpa edib
Biznes16:16
"BakuBus" işğaldan azad edilmiş ərazilər üçün elektrikli avtobuslar alır
İnfrastruktur16:11
Azərbaycan və BƏƏ rəqəmsal maliyyə həllərinin tətbiqini müzakirə ediblər
Maliyyə16:10
Donald Tramp: Ukraynada Prezident seçkilərini keçirmək vaxtıdır
Digər ölkələr16:09
Pelleqrini: Slovakiya Azərbaycanın ərazi bütövlüyünə və münaqişənin sülh yolu ilə həllinə dəstək göstərib
Xarici siyasət16:07