Göyçayda həkim hovuzda boğularaq ölüb
Hadisə
- 09 iyul, 2015
- 05:02
Bakı. 9 iyul. REPORT.AZ / Göyçayda həkim su hovuzuna düşərək boğulub.
"Report"un xəbərinə görə, hadisə gecə saatlarında baş verib. Göyçay şəhər sakini 1961-ci il təvəllüdlü Mehman Məmmədov xəstəxananın həyətindəki su hovuzunda boğularaq ölüb. Rayon Mərkəzi Xəstəxanasında və Bioloji Təbabət Klinikasının Göyçay filialında həkim rentgenoloq işləyən M.Məmmədovun meyiti bu gün səhər saatlarında sudan çıxarılıb. Hazırda meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsində müayinə edilir. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.
Polis və prokurorluğun əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
08:15
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:11
İspaniya və Fransada genişmiqyaslı meşə yanğınları davam edir
Digər ölkələr08:00
ABŞ Avropadakı hərbi mövcudluğunu yenidən nəzərdən keçirmək niyyətindədir
Digər ölkələr07:44
Bakının bir çox ərazisində işıq olmayacaq
Energetika07:12
Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib
Digər ölkələr06:39
İsrail və Livan arasında danışıqların növbəti mərhələsi Romada baş tutacaq
Digər ölkələr06:14
Barselona metrosundakı yağın kütləvi zəhərlənməyə səbəb olub
Digər ölkələr05:43
Trampın irəli sürdüyü Kleyton ABŞ Senatından dəstək alıb
Digər ölkələr05:16