Həbsdə olan müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb

Hadisə
  • 19 noyabr, 2025
  • 18:42
Həbsdə olan müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb

Müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

"Report" xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Rəqsanə İsmayılovanın müdafiəçisi Hikmət Əliyevin vəsatəti təmin edilib.

Zərərin müəyyən hissəsinin ödənməsi və zərərçəkmişlərlə təqsirləndirilən R.İsmayılova arasında olan razılığa əsasən, barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub. Cinayət işi üzrə polis tərəfindən istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Rəqsanə İsmayılova iki zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunur.

R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Bütün Xəbər Lenti