Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var
Hadisə
- 28 sentyabr, 2025
- 08:56
Hacıqabulda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, iki avtomobilin toqquşması nəticəsində Sabirabad rayonunun Qasımbəyli kənd sakini, 1965-ci il təvəllüdlü Musayev Mehman Gəray oğlu, Ağdərə rayon sakini, 1973-cü il təvəllüdlü Cəfərov Hamlet Musa oğlu və Ağdam sakini, 1985-ci il təvəllüdlü Məmmədov Elşən İsmiəli oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hadisə yerinə təcili-tibbi yardım stansiyasının əməkdaşları cəlb olunsa da, yaralılar yardımdan imtina ediblər.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
12:13
İranda 30-dan çox universitet bombalanıb, 60 tələbə ölüb
Region12:05
Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanı keçirilir
Elm və təhsil12:02
BƏƏ-də neft-kimya zavodu yanğın səbəbindən fəaliyyətini dayandırıb
Digər ölkələr11:58
İndoneziya BMT sülhməramlıları üçün təhlükəsizlik zəmanəti tələb edib
Digər ölkələr11:41
Azər Bağırov: "Premyer Liqada yaranan 2 həftəlik fasilə "Kəpəz"in xeyrinə olacaq"
Futbol11:36
Əraqçi: Region ölkələri sülh naminə ABŞ ilə İsrailə yardım etməməlidir - YENİLƏNİB
Region11:26
Gəncədə xəstəxanada sistem köçürülən 1 yaşlı körpə ölüb
Hadisə11:22
Foto
Video
FHN Keşlədə su basmış ərazilərin sakinlərini təxliyə edir
Hadisə11:11