Hacıqabulda yaşayış evi yanıb
Hadisə
- 08 avqust, 2021
- 14:53
Hacıqabulda yanğın hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Udulu kəndində qeydə alınıb.
Kənd sakini, 1955-ci il təvəllüdlü Eminov Dostəli Hümmətalı oğluna məxsus iki mərtəbəli ümumi sahəsi 144 kv metr olan fərdi yaşayış evi əşyaları ilə birlikdə yanaraq, külə dönüb. Bundan başqa evin həyətyani sahəsində olan ümumi sahəsi 64 kv metr olan tikili də yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
09:46
Bəqai: Hörmüz boğazındakı vəziyyətlə bağlı Omanla keçirilən danışıqlarda irəliləyiş əldə olunub
Region09:29
Kastamonuda leysan yağışları selə səbəb olub, ev və iş yerləri su altında qalıb
Region09:01
Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb
Hadisə08:59
Xəzər dənizində zəlzələ olub
Hadisə08:44
İtaliyada dəmir yolunun tikintisinə qarşı etirazlar keçirilir, 60 polis yaralanıb
Digər ölkələr08:25
Avstraliya ABŞ-nin yeni gömrük rüsumlarının ləğvinə nail olmağa çalışır
Digər ölkələr08:03
Almaniya iqtisadiyyatı ilə bağlı bədbin proqnoz
Digər ölkələr07:46
Elbrus dağına çıxan beş alpinist ölüb
Region07:07