Hacıqabul sakini velosipeddən yıxılaraq ağır xəsarət aldı
Hadisə
- 24 avqust, 2020
- 18:28
Hacıqabulda velosiped sürən şəxs ağır xəsarət alıb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Ağacanlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Bağırov Əliverdi Bilal oğlu velosipedlə hərəkətdə olarkən qəfil qarşısına azyaşlı uşaq çıxıb.
Sürət həddi çox olduğundan o, azyaşlını vurmamaq üçün istiqaməti dəyişmək istəyib. Elə bu zaman velosiped aşıb və Ə. Bağırov yerə yıxılıb.
Ağır kəllə-beyin travması alan velosipedçi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
00:35
Venesuelada zəlzələ qurbanlarının sayı artıb
Digər ölkələr00:23
Çilidə avtomobil yarmarka ziyarətçilərini vurub, altı nəfər ölüb
Digər ölkələr23:58
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb
Hadisə23:54
Əraqçi BMT rəsmisi ilə görüşdə ABŞ-nin son hücumlarını pisləyib
Region23:47
Foto
Azərbaycan güləşçisi Yusif Dursunov Avropa çempionu olub
Fərdi23:32
Nərimanovda çoxmərtəbəli binanın zirzəmisi alışıb
Hadisə23:26
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Hadisə23:09
Türkiyənin ədliyyə nazirinə sui-qəsd hazırlamaqda şübhəli bilinənlər saxlanılıb
Region22:53
Foto