Gürcüstan vətəndaşının əl yükündən civə aşkar olunub
Hadisə
- 14 iyul, 2016
- 09:30
Bakı. 14 iyul. REPORT.AZ/ Gürcüstandan Azərbaycana keçən bu ölkənin vətəndaşının əl yükündən civə aşkar edilib. Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunu piyada yolla keçən Gürcüstan vətəndaşının əl yükünə rentgen aparatı vasitəsilə baxış keçirilib və gömrük əməkdaşı çantada olan DVD pleyerin içərisində şübhəli qaraltılar müşahidə edib.
Şahidlərin iştirakı ilə çantada olan yüklərə təkrar baxış keçirilib və yoxlama zamanı çantadakı DVD pleyerin içərisindən xalis çəkisi 100 qram olan civə aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
16:16
Süni intellektdən rəqəmsal ixraca: Azərbaycanın yeni iqtisadi hədəfləri – TƏHLİL
İKT16:15
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Daxili siyasət16:15
Sabah geomaqnit qasırğasının olması gözlənilir
Elm və təhsil16:15
Foto
Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Hərbi16:11
Azərbaycan polisi xalqın və dövlətin milli maraqlarının keşikçisidir - RƏY
Daxili siyasət16:08
Ukraynada qatarla avtobus toqquşub, üç nəfər ölüb
Digər ölkələr16:03
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək
Daxili siyasət16:03
DİM: Bu gün bir nəfər başqasının yerinə imtahan verməyə cəhd edib
Elm və təhsil16:00