Güclü külək Mingəçevirdə fəsadlar törədib, bir neçə ağac aşıb
- 20 fevral, 2026
- 10:32
Gecə saatlarında əsən güclü külək Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının yaxınlığında olan irigövdəli ağacı aşırıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı xəsarət alan olmasa da, təcili yardım avtomobillərinin hərəkətində müəyyən çətinlik yaranıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və yola düşən ağacın qırıntıları təmizlənib, hərəkət bərpa edilib.
Külək həmçinin ağaclardan birini avtomobil təmiri sexinin həyətinə aşırıb.
Şəhərin Energetiklər yaşayış massivində də müxtəlif növ ağaclar aşaraq piyadaların, avtomobillərin hərəkətində çətinliklər yaradıb.
Qeyd edək, şəhərin bir neçə ərazisində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda yaranmış problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır.