Göygöldə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Hadisə
- 14 fevral, 2026
- 10:34
Göygöl şəhəri, Azay Kazımov küçəsində fəaliyyət göstərən maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, fərdi sahibkar Əliyev Nizami Rza oğluna maye qazdoldurma məntəqəsində istismar olunan 4 ədəd maye qaz tutumunun üzərində quraşdırılmış qoruyucu klapanların və manometrlərin dövri yoxlamasının aparılmadığı aşkarlanıb. Həmçinin 1 ədəd maye qaz tutumunun istismar müddətinin bitdiyi və texniki diaqnostikaya cəlb olunmadığı, eləcə də 3 ədəd qeydiyyatda olmayan maye qaz tutumunun tam texniki müayinəsinin aparılmadığı müəyyən edilib.
Məntəqədə pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Göygöldə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Son xəbərlər
14:08
Kir Starmer: Böyük Britaniya Şimali Atlantikada və Arktikada iştirakını gücləndirəcək
Digər ölkələr14:02
Gənc cüdoçular Şamaxıda təlim-məşq toplanışına başlayıblar
Fərdi14:00
Bolqarıstan Dünya Şəhərsalma Forumunda yüksək səviyyədə təmsil olunacaq
Xarici siyasət13:56
Foto
Prezident İlham Əliyev Münxendə Bolqarıstan Prezidenti ilə görüşüb
Xarici siyasət13:50
Fon der Lyayen: Avropa daha müstəqil olmalıdır
Digər ölkələr13:50
Dövlət Agentliyi "Azərişıq"da rəqabət qanunvericiliyinin pozulması ehtimallarını araşdırır
Energetika13:50
Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşləri keçiriləcək
Fərdi13:48
Azərbaycanda 18 hotelin ulduz kateqoriyası ləğv olunub - EKSKLÜZİV
Turizm13:47