Göyçayda yük maşını yanıb

Hadisə
  • 06 iyun, 2015
  • 15:18
Göyçayda yük maşını yanıb

Bakı. 6 İyun. REPORT.AZ/ Göyçay rayonunun Məlikkənd kəndində “KRAZ” markalı yük avtomobilin yanar hissələri və yük yerinə yığılmış 2 ton ot bağlaması yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.