Göyçayda yeniyetmə oğlan ad günündə faciəli şəkildə ölüb
Hadisə
- 15 noyabr, 2020
- 06:22
Göyçay rayonunda yeniyetmə oğlan faciəli şəkildə dünyasını dəyişib.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Çayarxı kəndində qeydə alınıb.
Rayon sakini, 2005-ci il təvəllüdlü Qədirov Fərid Əhliman oğlu həmyaşıdları ilə oynayarkən ehtiyatsızlıq edərək həyətin dəmir darvazasını üstünə aşırıb. Ağır bədən xəsarətləri alan Fərid Qədirov təcili tibbi yardım avtomobili ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, dünən Fərid Qədirovun doğum günü idi, onun 15 yaşı tamam olub.
Son xəbərlər
04:45
DÇ-2026: İspaniya Uruqvayla matçda hesabı açıb - YENİLƏNİR
Futbol04:16
Qrem Arnold: "İraq yığmasının dünya çempionatına vəsiqə qazanması möcüzə idi"
Futbol04:16
Texasda rançodan qaçan zürafə iki həftədir tapılmır
Maraqlı04:01
DÇ-2026: Kabo Verde - Səudiyyə Ərəbistanı oyunu başlayıb
Futbol03:54
Pap Tyav: "Seneqal millisinin taleyi öz əlində deyil"
Futbol03:41
ABŞ təyyarəsi İrana zərbələrdən sonra Fars körfəzində patrul xidməti həyata keçirir
Region03:41
Fransa millisinin məşqçisi Qi Stefan: "Norveçlə matçda üzərimizə düşəni yerinə yetirdik"
Futbol03:32
Stole Solbakken: "Dembelenin Norveçə vurduğu ilk iki qol dünya çempionatı səviyyəsində idi"
Futbol03:08