Göyçayda bazarda satıcılıq edən koronavirus xəstəsi saxlanıldı
Hadisə
- 01 may, 2021
- 11:17
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan şəhər sakini Elşad Abdullayevə sosial izolyasiya qaydalarına riayət etməsi və yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdarlıq olunub.
Buna baxmayaraq, o, yaşayış yerini tərk edib və bazar ərazisində icarə əsasında işlətdiyi mağazada satıcılıq edib.
E.Abdullayev mağazaya gələn alıcılarla ünsiyyətdə olub və infeksiyanın yayılmasına şərait yaradıb.
Digər vətəndaşların sağlamlığı üçün real təhlükə yaradan E.Abdullayev barəsində Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
03:11
Mali müdafiə nazirinin ölümünü rəsmən təsdiqləyib
Digər ölkələr02:35
Əraqçi: Qonşularımız bizim prioritetimizdir
Region02:06
Naxçıvanda avtomobilin aşması nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb
Hadisə01:37
Foto
Rabatda keçirilən "Mədəniyyətlər Günü" adlı tədbirdə Azərbaycan stendi maraqla qarşılanıb
Mədəniyyət siyasəti01:11
Foto
Kərkükdə baş verən zəncirvari qəzada altı nəfər ölüb, 27 nəfər xəsarət alıb
Digər ölkələr00:52
Estoniyaya aid patrul gəmisi Rusiya sərhədini pozub
Region00:26
Sərbəst güləş üzrə Azərbaycan millisi altıncı dəfə Avropa çempionu olub
Fərdi23:49
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 2500-ü keçib
Digər ölkələr23:09