Göyçayda avtomobil su kanalına aşıb, yaralılar var
Hadisə
- 21 fevral, 2021
- 12:31
Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 200 km-də, rayonun Qarayazı kənd ərazisində qeydə alınıb.
Rayonun Bəydövül kənd sakini idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarə etməni itirib və nəqliyyat vasitəsi yol kənarında olan su kanalına aşıb.
Qəza nəticəsində yararsız hala düşmüş avtomobildən sürücü ilə bərabər daha dörd sərnişin çıxarılıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər təcili tibbi yardım briqadasının köməkliyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Qeyd edək ki, yaralıların ikisi azyaşlı uşaqdır. Faktla bağlı araşdırma aparılır.
Göyçayda avtomobil su kanalına aşıb, yaralılar var
Son xəbərlər
00:01
DÇ-2026: 1/4 final mərhələsinin Fransa - Mərakeş oyunu başlayıb
Futbol23:56
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
Digər ölkələr23:45
İngiltərə yığmasının müdafiəçisi Kuansa iki oyunluq diskvalifikasiya edilib
Futbol23:36
Uqandada ərzaq qıtlığından 16 nəfər həlak olub
Digər ölkələr23:32
Buşehrdəki partlayış səsinin səbəbi müəyyənləşdirilir
Region23:21
Serbiyada yanacağa tətbiq olunan aksiz vergisi azaldılır
Digər ölkələr23:09
CNN: Pakistan və Qətər ABŞ ilə İranı danışıqlar masasına qaytarmaq üzərində işləyir
Digər ölkələr22:56
Tanzaniyada aksiyaların qadağan edilməsindən sonra 130 nəfər saxlanılıb
Digər ölkələr22:39