Goranboyda yanğın baş verib, 4 nəfər tüstüdən zəhərlənib
Hadisə
- 24 iyun, 2021
- 21:37
Goranboy rayonunda vətəndaşa məxsus təsərrüfatda baş vermiş yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Goranboy rayon Səfikürd kənd ərazisində vətəndaşa məxsus ot tayasında yanğın olub. Yanğını söndürməyə qonşular da köməyə gəlib. Nəticədə yanğını söndürmək istəyən, 1997-ci il təvəllüdlü Fərrux Çingiz oğlu Aslanov, 1994-cü il təvəllüdlü Elməddin Saməddin oğlu İsmayılov, 1997-ci il təvəllüdlü Füzuli Ferruz oğlu Hüseynov və 1990-cı il təvəllüdlü Sənan Nüsrət oğlu Qasımov tüstüdən zəhərləniblər.
Onlar Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlara həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.
Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
22:12
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Energetika21:53
Elbrus dağında həlak olan alpinistlərin meyitləri tapılıb
Region21:36
Azərbaycanlı idmançı beynəlxalq triatlon yarışında qızıl medal qazanıb
Fərdi21:22
Xamenei: "Hizbullah"ın müdafiəsi İranın strateji siyasətidir
Region21:07
Xətibzadə: ABŞ beynəlxalq hüquq və diplomatiyanı hədəfə alıb
Region20:51
Uolts: İrana zərbələr səbəbindən ABŞ-nin sursat qıtlığı yoxdur
Digər ölkələr20:35
Norris "Formula 1" üzrə Macarıstan Qran-prisində qələbə qazanıb
Formula 120:17
Əraqçi: Zelenski İran gəmisinə hücum edərək dənizçini öldürüb
Region20:00