Goranboyda qəzalı yaşayış binasının 5-ci bloku tamam çöküb - YENİLƏNİB
- 26 noyabr, 2025
- 22:59
Goranboy şəhər Cəfər Cabbarlı küçəsində beşmərətəbəli qəzalı yaşayış binasının 5-ci bloku tamam çöküb.
"Report"un Qərb bürosunun məlumatına görə, bəzi mənzillərdən sakinlərin iştirakı ilə əşyalar çıxarılsa da, bir neçə evin sakinləri əşyalarını çıxara bilməyib.
Axşam saatlarında blokun çökməsi nəticəsində yaşadıqları mənzilləri dağılan həmin sakinlərin əşyaları da yararsız hala düşüb.
Qeyd edək ki, yaşayış binasında dağıntı qeydə alınıb. Belə ki, 60 mənzilli binanın 5-ci bloku tamam çöküb.
Hazırda ərazidə aidiyyəti qurumların əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli qəzalı yaşayış binasında dağıntı qeydə alınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, 60 mənzilli binanın 5-ci bloku tamam çöküb.
Əraziyə aidiyyəti orqanların əməkdaşları cəlb olunub. Bina sakinləri təxliyə olunduğundan hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, binada bir neçə gün əvvəl baş verən uçqun nəticəsində üçü qadın, biri kişi olmaqla, dörd nəfər xəsarət alıb. Xəsarət alanlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.