Goranboyda qanunsuz ov edən şəxslər saxlanıldı
Hadisə
- 04 yanvar, 2021
- 09:39
Goranboy rayonunda qanunsuz ov edən şəxslər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, rayonun Düzqışlaq kəndi ərazisində qanunsuz ov edən kənd sakini Müzadil Hüseynov Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq RPŞ-yə gətirilib.
RPŞ-də ondan müvafiq sənədləri olmayan, 16 kalibirli ov tüfəngi və 4 ədəd patron götürülüb.
Davam etdirilən tədbirlər nəticəsində rayonun Dəliməmmədli şəhər sakini Yusif Yusifovun da müvafiq sənədləri olmayan İJ markalı, 12 kalibirli ov tüfəngi ilə rayon ərazisində qeyri-qanuni ovçuluqla məşğul olması aşkar edilib.
Hər iki faktla bağlı araşdırma davam edir.
Son xəbərlər
04:02
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
Xarici siyasət03:44
Şanlıurfada avtomobil dərəyə aşıb, sərnişinlər ölüb
Region03:15
Senat Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdırmayıb
Digər ölkələr02:48
SEPAH: ABŞ-nin "Tomahawk" raketi məhv edilib
Region02:20
Gürcüstanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB-3
Region02:20
Kavelaşvili: Azərbaycan və Türkiyə Gürcüstanın regional rolunu yüksək qiymətləndirir
Region01:51
ABŞ Rusiyanın ali məktəblərini milli təhlükəsizliyə təhdidlər siyahısına daxil edib
Digər ölkələr01:17
"Tasnim": ABŞ ordusu Qeşm adasına raket hücumu edib
Region00:50