Goranboyda minik avtomobili ilə traktor toqquşub, xəsarət alan var
Hadisə
- 17 dekabr, 2016
- 08:49
Goranboy. 17 dekabr. REPORT.AZ/ Goranboy rayonunda yol qəzası baş verib.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.
Belə ki, kənd sakini Əli Bağırov idarə etdiyi "VAZ-2107" minik avtomobili traktorla toqquşub. Nəticədə müxtəlif bədən xəsarətləri alan sürücü Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Zərərçəkənə ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
10:31
Çində daşqın nəticəsində 25 nəfər ölüb
Digər ölkələr10:12
Foto
İlk dəfə Qəbələ Festivalında Azərbaycan kinofimlərindən musiqilər səsləndirilib
Mədəniyyət siyasəti10:00
Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimi keçirilir
Diaspor09:41
Sloveniya Prezidenti yol qəzasına düşüb
Digər ölkələr09:30
Dünya çempionatı: İbrahim Həsənov bu gün qızıl medal uğrunda görüşə çıxacaq
Fərdi09:06
Marko Rubio: ABŞ Tayvan ətrafında status-kvonun dəyişdirilməsinə qarşıdır
Digər ölkələr08:44
Rubio: Venesuelada seçkilərin keçirilməsi zəruridir
Digər ölkələr08:32
Vaşinqtonda meşə yanğınına görə ən yüksək təxliyə səviyyəsi elan edilib
Digər ölkələr08:08