Goranboyda gizli toy keçirmək istəyənlər saxlanılıb
Hadisə
- 14 aprel, 2021
- 02:40
Goranboy Rayon Polis Şöbəsinə rayonun Qaradağlı kəndi ərazisindəki fərdi yaşayış evlərinin birində toy mərasimi keçirliməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib.
Son xəbərlər
13:27
Moldovanın Baş nazirinin müavini Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib
Digər13:26
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə danışıb
Digər13:25
Ceyhun Bayramov moldovalı həmkarına təşəkkür edib
Xarici siyasət13:22
Ceyhun Bayramov: İran tərəfi məsələni araşdırmağa ciddi şəkildə söz verdi, biz də nəticələri gözləyirik
Xarici siyasət13:22
Ceyhun Bayramov: Moldovalı həmkarımla Yaxın Şərqdəki vəziyyəti qiymətləndirdik
Digər13:21
"Neftçi" Murad Məmmədovun "Aris"ə transferi ilə bağlı iddiaları təkzib edib
Futbol13:14
Azərbaycan və Moldova arasında ticarət dövriyyəsinin artırılması müzakirə olunub
Xarici siyasət13:10
Ceyhun Bayramov: İlin ikinci yarısında Azərbaycan-Moldova siyasi məsləhətləşmələri keçiriləcək
Xarici siyasət13:06