Goranboyda yol qəzasında xəsarət alanların durumu açıqlanıb - YENİLƏNİB-2

Hadisə
  • 31 avqust, 2025
  • 23:47
Goranboyda yol qəzasında xəsarət alanların durumu açıqlanıb - YENİLƏNİB-2

Saat 21:00 radələrində Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (2-si qadın, 5-i kişi) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə "Report"a TƏBİB-dən bildirilib.

Onlara kəllə-beyin travması, daxili qanaxma və müxtəlif nahiyələrin sınığı diaqnozları təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib. Vəziyyətləri ağır qiymətləndirilən şəxslərdən 6 nəfər Gəncə şəhərində fəaliyyət göstərən özəl tibb müəssisəsinə təxliyə olunub.

2004-cü il təvəllüdlü (kişi cinsli) şəxsin müalicəsi isə Təcili Tibbi Yardım Şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Goranboyda avtomobillərin toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü S.Mustafayeva, 2004-cü il təvəllüdlü G.Mustafayeva, 1998-ci il təvəllüdlü V.Kərimov, 2005-ci il təvəllüdlü T.Məmmədbəyli, 2013-cü il təvəllüdlü Y.Mustafayev, habelə F.Əliyev və T.Musayev xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Goranboyda avtomobillər toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.