Goranboyda silah-sursat tapılıb
Hadisə
- 27 yanvar, 2021
- 12:42
Goranboy rayonunda silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinə (RPŞ) Goranboy rayonu, Yenikənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.
Dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.
Araşdırmalar zamanı oradan 1 ədəd “Muxa” markalı RPQ-18 qumbaraatan, 1 ədəd 60 mm-lik minaatan mərmisi, 2 ədəd alıştırıcısı üzərində olan, 1 ədəd alıştırıcısız “F-1”, 1 ədəd PRO, 1 ədəd RPN əl qumbaraları, ümumilikdə 1 632 ədəd müxtəlif kalibirli patron, 4 ədəd müxtəlif silahlara məxsus avtomat darağı və sandıqlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
10:38
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Hadisə10:38
Rüstəm Orucov: "Avropa Cüdo Ümidləri Turniri yüksək səviyyədə təşkil olunub"
Fərdi10:37
Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq
İnfrastruktur10:29
Foto
Gənclər və İdman Nazirliyinin 32 illiyi münasibətilə avarçəkmə üzrə tanışlıq sessiyası təşkil olunub
Fərdi10:23
VI "Yüksəliş" müsabiqəsinin qalibləri mükafatlandırılıb
Elm və təhsil10:19
Kuinsi İnstitutu: İsrail ictimai diplomatiya xərclərini əhəmiyyətli dərəcədə artırıb
Digər ölkələr10:19
Foto
Aqrar Kredit və İnkişaf Agentliyi şimal bölgəsindəki aqrar layihələri mediaya təqdim edib
ASK10:17
BDYPİ isti hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib
Daxili siyasət10:16