Gömrükçülər yuyucu vasitənin içində "Tramadol" aşkar edib
Hadisə
- 22 dekabr, 2017
- 06:57
Bakı. 22 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsində İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Əl yükünə baxış zamanı, yuyucu vasitənin içində, istehsal qablaşması pozulmuş vəziyyətdə, ümumi sayı 1 491 ədəd olan "Tramadol" adlı dərman preparatı aşkar edilib.
Xatırladaq ki, "Tramadol" Azərbaycanda müvafiq qanunla təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir və aşkar olunan 1 491 ədəd tramadolun təsiredici maddəsinin ümumi miqdarı 298,2 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
09:07
Gəmi heyəti üzvləri və sərnişinlərin siyahısına dair qaydalar təsdiqlənib
İnfrastruktur09:06
UEFA reytinqi: Azərbaycan İsrailə daha da yaxınlaşıb
Futbol09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (22.07.2026)
Maliyyə09:02
ABŞ Konqresində hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsi qəbul edilib
Digər ölkələr09:00
"Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır
Futbol08:59
Rubio İranın ABŞ ilə danışıqlara münasibətini qeyri-ciddi adlandırıb
Digər ölkələr08:57
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (22.07.2026)
Maliyyə08:41
Kütahyada sərnişin avtobusu aşıb, 31 nəfər xəsarət alıb
Region08:33