Gömrükçülər Rusiyadan qanunsuz gətirilən dərman preparatları aşkarlayıb
Hadisə
- 03 fevral, 2021
- 11:35
Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi DAF markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Bu barədə “Report” DGK-ya istinadən xəbər verir.
Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin salonunda, səsgücləndirici üçün nəzərdə tutulan yerin arxasındakı boşluqda gömrük nəzarətindən gizlədilən müxtəlif adda 1 300 həb, 120 flakon dərman preparatları və 175 ədəd tibbi şam aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
19:34
Ş. Şərif: Münaqişələrin həlli üçün yeganə yol diplomatiyadır
Region19:19
Mali ordusu terrorçuların hücumlarından sonra vəziyyəti nəzarətə götürüb
Digər ölkələr19:01
Türkiyə və Qırğızıstan arasında birgə hərbi təlim keçirilib
Region18:45
"Al Hadath": ABŞ-İran danışıqları iyulun 11-də bərpa olunacaq
Digər ölkələr18:36
Foto
Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
Fərdi18:30
Ərdoğan və Şahbaz Şərif birgə bəyanatlarla çıxış ediblər
Region18:15
Ermənistan müxalifətinin seçki nəticələri ilə bağlı iddiaları rədd edilib
Region18:00
Ağdamda ata və iki övladı su anbarında batıb
Hadisə17:57
Foto