Gömrükçülər Gürcüstandan gələn şəxsdə marixuana aşkar edib
Hadisə
- 02 sentyabr, 2020
- 10:37
Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitənin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Bu barədə “Report” DGK-ya istinadən xəbər verir.
Belə ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən ölkəmizə gələn "Mercedes Benz Atego" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin üzərindəki yük qismində olan "Chevrolet Curuze" markalı minik avtomobilində kağız bükümdə ümumi çəkisi 6,3 qram olan narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
13:10
Vaşinqtonda azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçiriləcək
Xarici siyasət13:08
Foto
Saatlıda aqrar sahədə yeni Dövlət Proqramı ilə bağlı regional müşavirə keçirilib
ASK13:05
Aygün Əliyeva: QHT-lər regionlarda ailə və uşaq hüquqları istiqamətində fəaliyyətini gücləndirməlidir
Sosial müdafiə13:04
Türkiyənin 11 gəmisi Hörmüz boğazından keçib
Region13:04
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib
İnfrastruktur13:01
Filippində məktəbdə atışma zamanı yaralananların sayı 20 nəfərə çatıb
Digər ölkələr12:55
Foto
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
Xarici siyasət12:53
Zakir Quliyev: "Mil-Muğan regionunda suvarma layihələri icra olunacaq"
ASK12:49