Gəncədə iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - FOTOLAR
Hadisə
- 22 dekabr, 2014
- 07:55
Bakı. 22 dekabr. REPORT.AZ/ Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, Heydər Əliyev prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsində baş verən qəzada 2 nəfər yaralanıb. Şəhər sakini Elçin Heydərov idarə etdiyi "Mercedes" markalı avtomobillə, sözü gedən prospektlə üzü dəmiryol vağzalı istiqamətində hərəkətdə olarkən qarşısına çıxan, İlkin Kərimovun idarə etdiyi "Vaz 2106" markalı maşınla toqquşub. Zərbənin təsirindən avtomobillər yararsız hala düşüb. Qəza nəticəsində hər iki avtomobildə olan sərnişinlər xəsarət alıb. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. İlkin ehtimallara görə qəza havanın dumanlı olması səbəsindan baş verib. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
12:23
Dunkan Norman Azərbaycan xalqını təbrik edib
Mədəniyyət siyasəti12:23
Bazar gününə olan hava proqnozu açıqlanıb
Ekologiya12:19
"Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilməyib
Futbol12:17
Azərbaycanın sığorta sektorunda müştəri hüquqlarının qorunması gücləndirilir
Maliyyə12:13
Mərakeşdən olan 70 minə yaxın miqrant Seutanı tərk edib
Digər ölkələr12:12
Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib
Ekologiya11:56
Hüseyn Rzazadə Bakıda təşkil olunan dünya çempionatında ikinci təsəlliverici görüşündə məğlub olub - YENİLƏNİB
Fərdi11:54
Maka Boçorişvili: Orta Dəhliz Gürcüstanın strateji mövqeyini daha da möhkəmləndirir
Region11:43